Amalya Pənahovanın adı əbədiləşdiriləcək

Amalya Pənahovanın adı əbədiləşdiriləcək

Baş Nazir Novruz Məmmədov Xalq artisti ilə bağlı sərəncam imzalayıb

 

Mərhum Xalq artisti Amalya Pənahovanın adı yaşadığı binaya veriləcək. AYNA xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xalq artisti Amalya Əliş qızı Pənahovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:

 

Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər”.

Müəllif: Ayna.az      3 İyul 2019 14:34
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin