“Laçın” istismara verilib

“Laçın” istismara verilib

İlham Əliyev ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.