Novruz Məmmədovun oğluna vəzifə verilib

Novruz Məmmədovun oğluna vəzifə verilib

Nazirin əmri ilə İsmayıl Məmmədov baş əməliyyatçı təyin edilib

 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq Baş Nazir Novruz Məmmədovun oğlu İsmayıl Məmmədova vəzifə verib. AYNA unikal.org-a istinadən xəbər verir ki, Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad edilib.

 

Nazirin digər əmri ilə İ.Məmmədov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

 

Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Müəllif: Ayna.az      13 Dekabr 2019 14:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin