Hazırlayın 10 manatınızı, başlayırıq

Hazırlayın 10 manatınızı, başlayırıq

İcbari tibbi sığorta sisteminə keçmək həm tibbin keyfiyyətinin, həm də tibb işçilərinin rifahının yüksəlməsinə imkan verəcək

 

Nəhayət, Azərbaycan vətəndaşları, ən az minimum tibbi xidmətlər üçün həkimə getməyin nə qədər baha başa gələcəyini düşünmədən, sığorta siyasəti altında ixtisaslı tibbi yardım ala biləcəklər.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) regional mərkəzləri üzrə şöbəsinin müdiri Şükür Eyvazovanın sözlərinə görə, yeni ildən başlayaraq Azərbaycanda icbari tibbi sığortanın dördmərhələli tətbiqinə başlanılır. Pilot layihə ilk mərhələdə ölkənin şimal bölgəsi üzrə 20 rayonda həyata keçiriləcək və 2 milyon 200 mindən çox insanı əhatə edəcək.

 

Daha sonra layihə tədricən digər bölgələri də əhatə edəcək. Hər mərhələ gələn ilin müvafiq rübündə həyata keçiriləcək. İkinci mərhələdə qərb bölgəsi üzrə 17 rayonda, üçüncü mərhələdə cənub bölgəsi üzrə 14 rayonda, dördüncü mərhələdə isə Bakı, Sumqayıt və Abşeron yarımadasında İTS-in tətbiqi reallaşacaq.

 

Aprelin 1-dən etibarən (bu, 1 aprel zarafatı deyil) əhalidən icbari tibbi sığortaya görə vergilərin toplanması işi başlayacaq və ilk üç aylıq ödəniş vətəndaşlardan yığılmayacaq, dövlət adambaşına 90 manat səviyyəsində icbari tibbi sığortanın tətbiqi üçün 902.9 milyon manat ayırıb və sevindirici haldır ki, tibbi xidmətlərin miqdarı bu məbləğlə məhdudlaşmayacaq. Yəni, yeni ilin ilk üç ayında icbari tibbi sığortanın tətbiqinə başlanacaq rayonlarda Agentlik bütün xərcləri öz üzərinə götürəcək və aprelin 1-dən işçilərin əməkhaqqından 10 manat tutulacaq. Bu vəsait tibb müəssisələrində tibbi xidmətlərin ödənilməsinə sərf olunacaq.

Müəllif: Mira Həsənova      13 Dekabr 2019 13:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
19 Sentyabr
16:50
Azərbaycanda son sutkada 2 nəfər koronavirusdan vəfat edib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin