Təhsil Nazirliyinin əməkdaşları cəzalandırılıb

Təhsil Nazirliyinin əməkdaşları cəzalandırılıb

Fəaliyyətində nöqsanlara yol vermiş 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib

 

2019-cu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub. Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb.

 

Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169, 322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.

 

Nəticədə fəaliyyətində nöqsanlara yol vermiş 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Müəllif: Ayna.az      13 Dekabr 2019 12:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin