Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - VİDEO

Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib -       VİDEO

Əraziyə polis əməkdaşları cəlb olunub

 

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Nizami küçəsində baş verib.

 

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

 

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

Müəllif: Ayna.az      13 Dekabr 2019 01:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin