"Qarabağ" "Düdelanj"la heç-heçə etdi

"Qarabağ" "Düdelanj"la heç-heçə etdi

"Qarabağ" "Düdelanj"ın əzmini qıra bilmədi


Azərbaycanın "Qarabağ" futbol komandası Avropa Liqasında oyunlarına yekun vurub. AYNA xəbər verir ki, Azərbaycan çempionu son matçında "Düdelanj"ı qəbul edib.

 

Oyuna yaxşı başlamayan "Qarabağ" matçın 46-cı dəqiqəsində ilk zərbəsini alıb. Belə ki, klubun dayaq yarımmüdafiəçisi Qara Qarayev qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub.

 

Oyunu azlıqda keçirən "ağ-qaralar" növbəti zərbəni görüşün 63-cü dəqiqəsində alıb.  Rəqibin 77 nömrəli futbolçusu S. Bougrine hesabı açaraq "Düdelanj"ı önə çıxarıb.

 

Lakin hücumlarının kəsərini artıran "ağdamlı"lar oyunun sonuna yaxın məğlubiyyətdən xilas ola bilib.  M. Gueye hesaba tarazlıq gətirib. Lakin "Qarabağ"ın bundan artığına gücü çatmayıb və oyun bu hesabla başa çatıb. 

 

Bu bərabərliklə xallarının sayını 5-ə yüksəldən "Qarabağ" qrupu 3-cü yerdə başa vurub və turnirin 1/8 mərhələsinə vəsiqə qazana bilməyib.

Müəllif: Mərahim Nəsib      13 Dekabr 2019 00:10
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin