Xızıda top mərmisi və raket tapılıb

Xızıda top mərmisi və raket tapılıb

Tapılan raket mərmiləri zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınılıb

 

Dekabrın 11-də saat 17:10-da Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

 

AYNA-ya ANAMA-ya istinadən xəbər verir ki, məlumatın iş gününün sonunda daxil olmasını və ərazinin yaşayış sahəsindən uzaqda yerləşməsini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dekabrın 12-də həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 107 mm-lik raket (TR-107) və 2 ədəd partlamış-yanmış 122 mm-lik 9M22S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınılıb.

Top mərmisinin və raketlərin ətrafında 2 500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Müəllif: Ayna.az      12 Dekabr 2019 17:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin