PKK terror təşkilatında parçalanma davam edir

PKK terror təşkilatında parçalanma davam edir

Bu gün də 4 terrorçu təslim olub 

 

Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli anti-terror əməliyyatları nəticəsində PKK/YPG terrorçuları təslim olmağa davam edir.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur. 

 

“Son olaraq İraqın şimalındakı düşərgələrdən qaçan dörd 4 PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsində, Suriyanın şimalındakı terror qruplarından qaçan bir PKK/YPG terrorçusu isə Nusaybin qəsəbəsindəki sərhəd məntəqəmizə təslim olub”, -  deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Qeyd edək ki, dünən də Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi anti-terror əməliyyatları zamanı Suriyanın şimalındakı düşərgələrdən silah-sursat və avadanlıqlarıyla birlikdə qaçan 2 PKK/YPG terrorçusu Suruçdakı sərhəd məntəqəsində təslim olmuşdu.

Müəllif: Ayna.az      12 Dekabr 2019 16:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin