Məşhur marketlər şəbəkəsinin 4 əməkdaşı həbs olunub

Məşhur marketlər şəbəkəsinin 4 əməkdaşı həbs olunub

Onların barəsində cinayət işi açılıb

 

OBA marketlər şəbəkəsinin 4 keçmiş əməkdaşı həbs edilib.

 

AYNA xəbər verir ki, marketlər şəbəkəsinin Sabuncu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıblar.

 

Polis tərəfindən keçirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

 

Onların barəsində cinayət işi açılıb. (Report)

Müəllif: Ayna.az      12 Dekabr 2019 14:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin