Amerika hərbi xərclər üçün nəhəng məbləğ ayırır

Amerika hərbi xərclər üçün nəhəng məbləğ ayırır

Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara 71,5 milyard dollar yönəldiləcək

 

Gələn il ABŞ-ın hərbi büdcəsi $738 milyard olacaq. Nümayəndələr Palatası artıq layihəni bəyənib, qalıb Senatın və Prezidentin təsdiqi.

 

Yeni xərclər yola saldığımız illə müayisədə 3,1% çox olacaq. Bu vəsaitin $635 milyardı Pentaqonun ehtiyaclarına ayrılacaq. Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara $71,5 milyard yönəldiləcək. Bütün qalmaqallara rəğmən, Ukrayna üçün $300 milyon nəzərdə tutulub.

 

Məlumat üçün bildirim ki, ABŞ-ın hərbi xərcləri dünyada ən yüksəkdir. Hərbi xərclərin TOP 10-na düşən ölkələrin 9-nun xərclərini toplasaq, ABŞ-ın xərclərinə güclə çatar. Xərclərin həcminə görə 2-ci yerdə duran Çindən 3, 3-cü yerdə duran Səudiyyə Ərəbistanından 10 dəfəyədək çoxdur.

 

ABŞ-ın hərbi xərcləri Kanada və Braziliyanın dövlət büdcəsindən çoxdur. Rusiyanın dövlət büdcəsi xərclərindən isə 3 dəfəyədək böyükdür.

 

Samir Əliyev,

iqtisadçı-ekspert

Müəllif: Ayna.az      12 Dekabr 2019 11:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin