Paytaxtın 3 ərazisində xilasetmə əməliyyatı

Paytaxtın 3 ərazisində xilasetmə əməliyyatı

Biri azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi, Nizami və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az      12 Dekabr 2019 11:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin