İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib

İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib

Prezident mərhum Heydər Əliyevin məzarı önünə əklil qoyub

 

Məlum olduğu kimi, bu gün mərhum Prezident Heydər Əliyevin vəfatından 16 il ötür. AYNA xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Ölkə rəhbəri mərhumun məzarı önünə əklil qoyub, ardınca Azərbaycanın dövlət himni səslənib.

 

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

 

Ziyarət mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Müəllif: Ayna.az      12 Dekabr 2019 10:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin