“Instagram”da nasazlıq yaranıb

“Instagram”da nasazlıq yaranıb

İstifadəçilər xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər

 

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

 

AYNA xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

 

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Avropanın, həmçinin Latın Amerikasının bəzi ölkələrinin sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Rusiyada da sosial şəbəkə istifadəçiləri nasazlıqların olduğunu bildiriblər.

 

Xidmətin məlumatına görə, istifadəçilərin bir qismi (təxminən 57 faiz) xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər. İstifadəçilərin bəziləri isə (20%) öz hesablarına daxil ola bilməyiblər.

Müəllif: Ayna.az      12 Dekabr 2019 07:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin