“Daxili işlərimizə müdaxilə dözülməzdir” - İran XİN

“Daxili işlərimizə müdaxilə dözülməzdir” -     İran XİN

Abbas Musəvi Makronun çağırışına münasibət bildirib

 

“Fransızlar İranın müstəqil suveren bir dövlət olduğunu unutmamalıdırlar. Nə hökumətimiz, nə də məhkəmə orqanlarımız heç kimin məsləhətini qəbul etməyəcək".

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “twitter” hesabında yazıb.

 

O, əlavə edib ki, İranın daxili işlərinə müdaxilə dözülməzdir.

 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 10 dekabr - İnsan Hüquqları Günü İranda həbs edilmiş iki Fransa vətəndaşı Fariba Adelxah və Roland Marşalın dərhal azad edilməsinə çağırış etmişdi: "İnsan Hüquqları Günündə İranda həbsdə olan iki həmvətənimizi - ailəli olan Fariba Adelxah və Roland Marşalı düşünürəm. Onların həbsinə dözmək olmur. Hər ikisi dərhal azad edilməlidir. Mən bunu prezident Ruhaniyə söylədim və bu gün də təkrar edirəm".

Müəllif: Ayna.az      12 Dekabr 2019 04:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin