Azərbaycanlı xanım Almaniyada mükafatlandırıldı

Azərbaycanlı xanım Almaniyada mükafatlandırıldı

Günay Kazımzadə Komputer Elmləri Kategoriyasında qalib olub

 

Həmyerlimiz Günay Kazımzadə 2019-cu ilin Almaniyada Elm ili seçilməsi münasibəti ilə Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına nominasiya olunub və qalib gəlib.

 

100-dən çox tədqiqatçı arasında Nazirliyin Elmi Şurası tərəfindən seçilmiş 6 namizəd online səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə Komputer Elmləri Kategoriyasında qalib olub - https://ki50.de/ki-newcomer/ 

 

Qeyd edək ki, Günay Kazımzadə 2008-2012ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat Fakultəsində təhsil alıb. 2012-ci ildə Azərbaycan Respublilası Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Almaniya Akademik Mübadilə Proqramı(DAAD) qalibi olaraq Almaniyanın Bonn Universitetində Komputer Elmləri üzrə təhsil alıb. 2018-ci ildən Berlin Texniki Univetsitetində Süni Zəka sahəsində doktorantura təhsilini davam etdirir. Həmçinin, Vayzenbaum İnstitutunda Tədqiqatçı olaraq çalışır.  O, 2018-ci ildə Google şirkətinim xanımlar üçün təhsis etdiyi Qrantın ilk Azərbaycanlı qalibidir. Həmçinin, TED-də Süni Zəka sahəsi üzrə çıxış edən ilk Azərbaycanlı xanımdır. O, Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konftanslara dəvət almış və çıxışlar edib. ACM, APA konfranslarında Süni Zəka sahəsində elmi məqalələri çap olunmuşdur. 2019-ci ildən TechCentrum platformasını təsis edib. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində Azərbaycanlı gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirməkdir.

Müəllif: Ayna.az      11 Dekabr 2019 21:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin