Zərərli orqanizmlərə qarşı yoxlamalar aparılır

Zərərli orqanizmlərə qarşı yoxlamalar aparılır

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər həyata keçiriblər

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə əkin sahələrində fitosantar monitorinqləri davam etdirir. AQTA-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Agentliyin əməkdaşları növbəti monitorinqi əkin sahələrində torpaqlarda aktiv və ya qışlama dövründə olan zərərli orqanizmlərin aşkar edilməsi məqsədi ilə Bərdə rayonu, Körpüsındıran və Qazaxlar kəndindəki əkin sahələrində həyata keçiriblər.

 

Müşahidələr zamanı, torpaqlarda yaşayaraq, bitkilərin inkişafına mane olan, onların məhsuldarlığını aşağı salan, görünüş və keyfiyyətinə təsir edən zərərli orqanizmlərlə bağlı əkin sahibləri məlumatlandırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı aparılması zəruri olan mübarizə tədbirləri barədə məlumat verilib.

 

Müşahidələr zamanı “Cavid Kəndli Fermer Təsərrüfatı” və “Elkiyar” MMC-yə məxsus təsərrüfatlardan nümunələr götürülmüş torpaqlarda mövcud zərərli orqanizmlərin aşkarlanması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarına təqdim edilib.

Müəllif: Ayna.az      11 Dekabr 2019 12:11
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin