Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq

Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işləri aparılır

 

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

 

AYNA-ya bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Müəllif: Ayna.az      11 Dekabr 2019 11:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin