ABŞ-da atışma, 6 ölü - VİDEO

ABŞ-da atışma, 6 ölü -       VİDEO

Cinayətkarlar yaxınlıqdakı ərzaq mağazasında gizlənib

 

ABŞ-ın Nyu-Cersi ştatıının Cersi-siti şəhərinin küçələrində törədilən atışma nəticəsində beş nəfər və bir polis həyatını itirib.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına görə, insident cinayət işini araşdıran polisin şübhəli bilinən şəxslərdən birinin izinə düşməsi və onlar tərəfindən atəşə tutulmasından başlayıb. Daha sonra cinayətkarlar Bidvell Avenü yaxınlığındakı ərzaq mağazasında gizlənib. Orada polislə atışma nəticəsində hər iki hücum edən şəxs ölüb. Bundan başqa, hadisə zamanı üç mülki şəxs həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      11 Dekabr 2019 06:05
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin