Tramp Vaşinqtonda Lavrovla görüşüb

Tramp Vaşinqtonda Lavrovla görüşüb

Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir

 

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.

 

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı görüşdən sonra onu gözləyən jurnalistlərə əl edib, amma onların suallarına cavab verməyib. 

Müəllif: Ayna.az      11 Dekabr 2019 03:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin