Lavrov Pompeo ilə görüşüb

Lavrov Pompeo ilə görüşüb

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb

 

ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.

 

AYNA "Report"a istinadən bildirir ki, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.

 

Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib.

 

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb. İki ölkənin rəsmiləri eləcə də Yəməndə və Liviyada əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. 

Müəllif: Ayna.az      10 Dekabr 2019 23:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin