Sumqayıtda yol çökdü - FOTO

Sumqayıtda yol çökdü -       FOTO

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib

 

Sumqayıt şəhərində avtomobil yolu çöküb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinə gedən avtomobil yolunda, Kamran Hüseynov küçəsində qeydə alınıb. Çökmə nəticəsində ərazidə böyük xəndək əmələ gəlib. Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib.

 

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, ümumi uzunluğu 800 metr olan yolda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu hal yenidən təkrarlanır. Məhz bunu nəzərə alaraq su kanalizasiya xətlərinin yenilənməsi istiqamətində işlərə start verilib. Yolda yaranan problemin tezliklə aradan qaldırılacağı vurğulanır.

 

Xatırladaq ki, sözügedən yol artıq dördüncü dəfədir ki çökür.

Müəllif: Ayna.az      10 Dekabr 2019 22:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin