Bakıda qırx milyon dollarlıq film nümayiş olunur

Bakıda qırx milyon dollarlıq film nümayiş olunur

Filmin qısa zaman ərzində 40 milyon dollar gəlir əldə ediləcəyi ehtimal olunur

 

Park Cinema IMAX-da "Cumanci: Yeni səviyyə" filminin media üçün nümayişi keçirilib. AYNA xəbər verir ki, tədbirdə media nümayəndələri ilə yanaşı bloggerlər, rejissorlar və məşhur simalar iştirak ediblər.

 

Hər dəfə olduğu kimi, bu dəfə də kinoteatrın gözləmə zalı filmin mövzusuna uyğun dekorasiya edilib, filmdəki obrazlara bənzədilmiş aktyorlar tamaşaçılarla görüşə gəlib. Təbbi ki, bu da təqdimata qatılanlara olduqca xoş təsir bağışlayıb.

 

“Cumanci: Yeni səviyyə" filmi 2019-cu ildə ABŞ-da çəkilib. Film 2 saat 3 dəqiqə davam edir. Fantastik janrda lentə alınmış filmdə komediya səhnələri də üstünlük təşkil edir. Tamaşaçılar tərəfindən maraqla qaşılanan “Cumanci: Yeni səviyyə” filmi dörd yaxın dostun əsrarəngiz və təhlükəli sərgüzəştlərindən bəhs edir. Belə ki, dostlardan birini xilas etmək üçün digərləri oyuna qatılır. Cumanci isə sürpriz edərək oyunun qaydalarını dəyişir.

Baş rolu Robin Villiamsın canlandırdığı "Cumanci"nin ilk hissəsi 1995-ci ildə yayımlanıb. Və film 962 milyon dollar qazanıb. “Cumanci: Yeni səviyyə”nin də həm keyfiyyət, həm də kəmiyyət baxımından sələfini üstələyəcəyinə ümid edilir. Filmin büdcəsi açıqlanmasa da, qısa zaman ərzində 40 milyon dollar gəlir əldə ediləcəyi ehtimal olunur.

 

Birinci “Cumanci”də olduğu kimi, “Cumanci: Yeni səviyyə”nin də rejissoru Cake Kasdandır. Filmdə Karen Gillan, Dvayne Cohnson, Danny DeVito,  Kevin Hartdan, Karen Gillan, Cek Blek, Nik Jonas və Reese Darby kimi məşhur aktyorlar rol alıb.

 

Qeyd edək ki, “Cumanci: Yeni səviyyə” filmi Park Cinema kinoteatrlarında nümayiş olunur.

Müəllif: Mərahim Nəsib      10 Dekabr 2019 17:18
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin