Prezident sərəncam verib

Prezident sərəncam verib

Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1094; 2010, № 2, maddə 80; 2012, № 2, maddə 127, № 12, maddə 1292; 2014, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın həmsədri

 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Pakistan İslam Respublikası tərəfinə bildiriş göndərsin”.

Müəllif: Ayna.az      10 Dekabr 2019 16:53
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin