Zərərçəkmiş sahibkarlardan iddia: "Yanğın qəsdən törədilib"

Zərərçəkmiş sahibkarlardan iddia:       "Yanğın qəsdən törədilib"

Sahibkarlar yanğının planlı şəkildə törədildiyini iddia edirlər

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğında mağazaları ciddi zərər görmüş sahibkarlarla polis arasında qarşıdurma yaşanıb.

 

AYNA-nın hadisə yerində olan əməkdaşının xəbər verdiyinə görə, sahibkarlar yanğının qəsdən və planlı şəkildə törədildiyini iddia edirlər. 

 

Hadisə yerində olan, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə hazırda yanğının səbəblərinin araşdırılırdığını bildirib.

Qeyd edək ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.  21 min kvadrat metr ərazini əhatə edən yanğın tam məhdudlaşdırılıb.

Müəllif: Mərahim Nəsib      10 Dekabr 2019 12:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin