Yanğın 21 min kvadrat metr ərazini əhatə edib

Yanğın 21 min kvadrat metr ərazini əhatə edib

"Hazırda yanğının səbəbləri araşdırılır"

 

"EuroHome" Ticarət Mərkəzində baş vermiş ən yanğın tam məhdudlaşdırılıb.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məlumat verib.

 

Nazir müavininin dediyinə görə, yanğın 21 min kvadrat metr ərazini əhatə edir: "Yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub. İndiyə kimi helikopterlər və təyyarə vasitəsilə yanğın yerinə 150 tona yaxın su tökülüb. Mənə verilən məlumata görə, yanğın ərazisi 21 min kvadrat metrdir.

"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb. Hazırda yanğının səbəbləri araşdırılır”, - deyə E.Mirzəyev vurğulayıb.

Müəllif: Mərahim Nəsib      10 Dekabr 2019 11:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin