Yanğın yerindən son GÖRÜNTÜLƏR

Yanğın yerindən son     GÖRÜNTÜLƏR

"EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədilə Nazirliyin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.

 

Qeyd edək ki, 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir. Əraziyə əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

 

Baş vermiş yanğınla bağlı, bu gün saat 08:18-də Təcili Tibbi Yardıma çağırış daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi Yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

 

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      10 Dekabr 2019 10:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin