Dəmirtaş yenidən xəstəxanaya yerləşdirildi

Dəmirtaş yenidən xəstəxanaya yerləşdirildi

Dəmirtaşı həbsxanada ziyarət etməyə gedən ailə üzvləri qəzaya düşmüşdülər

 

Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş sinəsində sancı və nəfəs ala bilməmək şikayəti ilə yenidən xəstəxanaya yerləşdirilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 3 ildir Ədirnə həbsxanasında olan və bu ötən həftə ürək spazmı keçirən Dəmirtaş Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasındadır. Xəstəxananın ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Dəmirtaşı həbsxanada ziyarət etməyə gedən ailə üzvləri qəzaya düşmüşdülər.

 

Xatırladaq ki, Dəmirtaş 6-8 oktyabr 2014-cü ildə Kobani (Ayn əl-Ərəb) hadisələri zamanı 32 rayonda təşkil edilmiş iğtişaşlarda 38 nəfərin ölümündə, çoxsaylı vətəndaşın yaralanmasında, ictimai obyektlərin, avtomobillərin yağmalanaraq ziyan vurulmasında günahkar bilinərək bu ilin sentyabrında 4 il 8 ay azadlıqdan məhrum edilib.

Müəllif: Ayna.az      10 Dekabr 2019 04:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin