Əsəd Fransada mühakimə olunacaq

Əsəd Fransada mühakimə olunacaq

Rifat Əsəd Fransa rəsmiləri tərəfindən şikayət olunub

 

Suriya Prezidenti Bəşər Əsədin əmisi, Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin “Suriya dövlət vəsaitlərini qanunsuz şəkildə istifadə edərək əmlak imperiyası qurmaq” ittihamı ilə Fransada mühakimə olunacağı bildirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rifat Əsəd Fransa rəsmiləri tərəfindən şikayət olunduğu üçün istintaqa cəlb edilib.

 

Suriya Prezidenti Bəşər Əsəd isə əmisinin ittihamları rədd etdiyini və səhhətində problemlər olduğu üçün məhkəmə iclasına qatılmayacağını ifadə edib.

 

Qeyd edək ki, Rifat Əsəd 1980-ci ildə dövlət çevrilişinə cəhd etdiyi üçün Suriyanın keçmiş prezidenti Hafiz Əsəd tərəfindən sürgünə göndərilib və uzun müddətdir ki, Avropada yaşayır.

Müəllif: Ayna.az      10 Dekabr 2019 00:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin