Baş prokuror qalmaqallı hadisəni nəzarətə götürdü

Baş prokuror qalmaqallı hadisəni nəzarətə götürdü

Eldar Sultanov: “Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”

 

Baş prokuror Zakir Qaralov, Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb. Məsələ prokurorluq tərəfindən araşdırılır.

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat paylaşıb. Həmin məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

 

“Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”, - Sultanov qeyd edib.

Müəllif: Ayna.az      9 Dekabr 2019 17:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin