Naxçıvan Ali Məclisinə də yeni seçkilər təyin edildi

Naxçıvan Ali Məclisinə də yeni seçkilər təyin edildi

Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək

 

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin Sədri Vasif Talıbov Ali Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. AYNA xəbər verir ki, yeni seçkilər dekabrın 9-da keçiriləcək.

 

Sərəncamda deyilir:

 

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".

 

Qeyd edək ki, dekabrın 2-də Milli Məclis buraxılması üçün Prezidentə müraciət edib. Sonra dövlət başçısı Parlamentin buraxılması və gələn il fevralın 2-də növbədənkənar seçkilərin təyin olunması barədə sərəncam imzalayb.

Müəllif: Ayna.az      9 Dekabr 2019 16:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin