Üç rayonda yanğın

Üç rayonda yanğın

Hadisə yerlərinə yanğından mühafizə bölmələri cəlb olunub

 

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 30 m² olan tikilinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində isə avtomobil təmiri sexində yanğın olub. Burada "ВАЗ" markalı minik avtomobilinin yük hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Balakən rayonunun Talalar kəndində qeydə alınıb. Ümumi sahəsi 150 m² olan 4 otaqlı evin yanar konstruksiyaları 115 m² sahədə və dam örtüyü 135 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      9 Dekabr 2019 19:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin