Hərbçilər arasında müsabiqə başa çatıb

Hərbçilər arasında müsabiqə başa çatıb

Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib

 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən “İlin ən yaxşı psixoloqu” müsabiqəsinə yekun vurulub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Müsabiqədə qoşun növləri, birlik və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi psixoloqları iştirak edib. İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq hərbi hissəyə gələn yeni şəxsi heyətin qəbul edilməsi, onlarla fərdi-psixoloji və qrup şəklində psixoloji maarifləndirmə söhbətlərinin aparılmasını, eləcə də psixoloji sorğuların və testlərin keçirilməsi barədə fəaliyyətləri əks etdirən slayd və video materiallar təqdim edib, psixoloji işin metod və vasitələrinin düzgün tətbiq edilməsinə dair mövzularda fikir mübadiləsi aparıblar.

 

Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

Müəllif: Ayna.az      9 Dekabr 2019 15:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin