Sumqayıtda meyit tapılıb

Sumqayıtda meyit tapılıb

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

 

Bu zaman içəridə, 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyiti aşkarlanıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az      9 Dekabr 2019 13:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin