Səfirin müşavirinin avtomobili yanıb

Səfirin müşavirinin avtomobili yanıb

 Faktla bağlı araşdırma aparılır

 

Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

 

AYNA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

 

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

 

 Faktla bağlı araşdırma aparılır. (APA)

Müəllif: Ayna.az      9 Dekabr 2019 10:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin