Poroşenko yumurta atəşinə tutuldu - VİDEO

Poroşenko yumurta atəşinə tutuldu  -     VİDEO

Yumurtalardan biri keçmiş prezidentin həyat yoldaşına dəyib

 

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Kiyevin mərkəzində keçirilən etiraz aksiyalarında iştirak edib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, ölkənin keçmiş lideri aksiya iştirakçıları qarşısında tribunada çıxış edib. Ukraynanın dövlət himninin ifasından sonra Poroşenko “Yaşasın Ukrayna!”, - deyib.

 

Bundan sonra kütlə içindən səhnəyə yumurtalar atılıb. Yumurtalardan biri keçmiş prezidentin həyat yoldaşına dəyib. Səhnəyə atılan ikinci yumurtanı isə "Avropa həmrəyliyi" partiyasından olan deputat tutub.

 

Bundan sonra Poroşenko kütləyə çağırış edərək yumurtaları atmış şəxsi tapmaqla bağlı müraciət edib.

Müəllif: Ayna.az      9 Dekabr 2019 00:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin