Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib 

 

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Müəllif: Ayna.az      8 Dekabr 2019 23:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin