Bakıda sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - FOTOLAR

Bakıda sərnişin avtobusu qəzaya düşüb, yaralılar var -            FOTOLAR

Qəza nəticəsində 2 nəfər xəsarət alıb

 

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      8 Dekabr 2019 15:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin