Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

Odessa şəhər kollecində baş verən yanğında xeyli sayda insan həlak olub

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

 

AYNA-nın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilir.

 

“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə başsağlığında qeyd edilir.

 

Qeyd edək ki, Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.

Müəllif: Ayna.az      8 Dekabr 2019 18:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin