Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu

Ölkə ərazisində bütün dövlət bayraqları endirilib

 

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb. AYNA-nın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

 

Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır. Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib. Ölkə ərazisində bütün dövlət bayraqları endirilib.

 

Faktla bağlı araşdırma davam etdirilir. 

 

Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu.

Müəllif: Ayna.az      8 Dekabr 2019 16:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin