Bakıda metrostansiya fəaliyyətini dayandıracaq – TƏHLÜKƏ VAR

Bakıda metrostansiya fəaliyyətini dayandıracaq –     TƏHLÜKƏ VAR

Hidayət Məmmədov: “Metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər”

 

Gələn il Bakı metrosunun “Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır”.

 

Bu barədə AYNA-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib. Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var: “Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

 

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu  problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır: “Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.

Müəllif: Raminə Eyvazqızı      7 Dekabr 2019 15:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
12:43
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin