Milli Məclisin deputatı vəfat etdi

Milli Məclisin deputatı vəfat etdi

Millət vəkili 71 yaşında dünyasını dəyişib

 

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

 

AYNA "Report"a istinadən bildirir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

 

Onun sözlərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Müəllif: Ayna.az      6 Dekabr 2019 21:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin