Vətəndaşlara 7-8 dekabr xəbərdarlığı

Vətəndaşlara 7-8 dekabr xəbərdarlığı

Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

 

Dekabrın 7-8-də Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq.

 

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

 

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşam yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

 

Naxçıvan MR-nın hava şəraiti əsasən yağmursuz olacaq. Lakin dekabrın 8-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

 

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az      6 Dekabr 2019 18:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin