BMT rəsmisi Azərbaycan hökumətinin təşəbbüsünü təqdir edir

BMT rəsmisi Azərbaycan hökumətinin təşəbbüsünü təqdir edir

Mələk Çakmak Azərbaycan xalqını təbrik edib

 

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə 650 min ağacın əkilməsini nəzərdə tutan aksiya Müşviqabad qəsəbəsində davam edib. Bu münasibətlə qəsəbədə ayrılmış xüsusi əraziyə 5000 ədəd ağac əkilib.

 

AYNA xəbər verir ki, tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Qida və Kənd Təsərrüfatı” təşkilatının tərəfdaşlıq ofisinin rəhbəri Mələk Çakmak aksiya ilə bağlı öz təəssüratlarını bölüşüb.

 

M.Çakmak Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəsiminin 650 illik yubileyi münasibəti ilə təşkil etdiyi ağac əkmə aksiyasına görə bütün Azərbaycan xalqını təbrik edib.

 

Qeyd edib ki, BMT-nin “Qida və Kənd Təsərrüfatı” təşkilatı üçün meşəçilik çox önəmli sahədir: “Çünki məhz meşələrin artırılması yolu ilə karbon qazının udulmasına müsbət təsir göstərmək olar. Bu baxımdan da həm karbon qazının azadılması, həm də biomüxtəlifliyin qorunması baxımından meşələr bizim üçün çox vacibdir. Azərbaycan hökuməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu sahəyə göstərdiyi diqqət üçün təşəkkür edirəm”.

Müəllif: Ayna.az      6 Dekabr 2019 17:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin