BMT-nin nümayəndəsi Mehriban Əliyevaya təşəkkür etdi

BMT-nin nümayəndəsi Mehriban Əliyevaya təşəkkür etdi

"Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyini qeyd etmək möhtəşəm təşəbbüsdür"

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bütün respublika ərazisində bir gündə 650 min ağac əkilib.

 

AYNA xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai tədbirlə bağlı jurnalistlərə açıqlama verib.

 

“Əvvəlcə hər kəsə təşəkkür edirəm. Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyini qeyd etmək möhtəşəm təşəbbüsdür. Biz BMT olaraq Nəsiminin 650 illiyinin bu şəkildə qeyd edilməsini dəstəkləyir və təqdir edirik. Çünki bu, həm də öz növbəsində ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına gətirib çıxaracaq”, - deyə İshaqzai bildirib.

 

BMT nümayəndəsi bu təşəbbüsə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “BMT olaraq, eyni zamanda Nəsiminin 650 illiyinin keçirilməsi və bu münasibətlə 650 min ağacın əkilməsi təşəbbüsünə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.

Müəllif: Mərahim Nəsib      6 Dekabr 2019 15:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin