Sabaha gözlənilən məlumat açıqlandı

Sabaha gözlənilən məlumat açıqlandı

Meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir

 

Dekabrın 7-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. 

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.   

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək. 

 

Atmosfer  təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

 

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Müəllif: Ayna.az      6 Dekabr 2019 13:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin