Prezident TRACECA-nın 20 illiyi münasibətilə keçirilən konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb

Prezident TRACECA-nın 20 illiyi münasibətilə keçirilən konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb

“Azərbaycan bundan sonra da TRACECA-nın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək”

 

Azərbaycan Prezidenti İlham Əliyev "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 

AYNA xəbər verir ki, konfransda təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.

 

Dövlət başçısı məktubunda təbdir iştirakçılarını Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransında salamlayıb və hər birini bu əlamətdar yubiley münasibəti ilə təbrik edib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRACECA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür. Bu konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş imzalanıb. Bundan əlavə, 2001-ci ilin 21 fevral tarixində Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə TRACECA Hökumətlərarası Komissiyanın da Daimi Katibliyinin açılışı olub. Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib”. (APA)

Müəllif: Ayna.az      6 Dekabr 2019 11:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin