Prezident “ASAN Həyat”ın açılışında iştirak edib - FOTOLAR

Prezident “ASAN Həyat”ın açılışında iştirak edib -       FOTOLAR

Prezident İlham Əliyev Şamaxıda olub 

 

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

 

AYNA xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

 

Sonda xatirə şəkli çəkdirilib.






Müəllif: Ayna.az      5 Dekabr 2019 23:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin