Antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlanıb

Antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentliyin əməkdaşları Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “DMC KOMPANİ” MMC-yə məxsus sexdə yoxlama keçiriblər. 

 

AYNA xəbər verir ki, yoxlama zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən sexdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

 

Məlum olub ki, müəssisə tərəfindən istifadə olunan xammalların, suyun və hazır məhsulların təhlükəsizlik göstəriciləri müayinə olunmadan satışa verilir.

Eyni zamanda küçələrdən, şadlıq evlərindən digər istehsalçılara məxsus, istifadə edilmiş şüşə butulkalar yığılaraq texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyularaq, dezinfeksiya olunmadan təkrar istifadə edilir. Müəyyən edilib ki, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır. Məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan (“Vita friut” nişanlı düses alkoqolsuz içki, “Vita fruit” nişanlı şaftalı nektarı, “Aqua Light” nişanlı qazsız su) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az      5 Dekabr 2019 18:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin