Prezidentdən iki yubiley sərəncamı

Prezidentdən iki yubiley sərəncamı

Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll etməlidir

 

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir ki, 2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Dövlət başçısı, həmçinin Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında da sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ayna.az      5 Dekabr 2019 18:11
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin